Saakaşvili tərəfdarları Polşa ilə sərhəddə mühasirəni yardı - CANLI YAYIN

Mixail Saakaşvilinin tərəfdarları siyasətçinin Ukraynaya girmək istədiyi Şeqini buraxılış-nəzarət məntəqəsində güc strukturlarının mühasirəsini yarıblar.
 
Muxalifet.az-ın məlumatına görə, xəbəri "RİA Novosti" yayıb.
İnformasiyaya əsasən, məntəqədə toqquşmalar başlayıb.
Saakaşvili Ukrayna sərhəddini keçib. Bu barədə sərhəddə olan Radanın deputatı İvan Krulko xəbər verib. O, bildirib ki, Saakaşvili sərhədi Radanın deputatlarının və çoxsaylı tərəfdarlarının əhatəsində keçib.