Rusiya Ukrayna əsgərlərini Moskvaya göndərdi

Baxış sayı:
6022

Rusiyanın Kerç boğazında müdaxilə etdiyi Ukrayna döyüş gəmilərinin həbs olunan 24 hərbi personalını Moskvaya göndərdiyi bildirilib.
 
TASS xəbər agentliyinə görə, Krım İnsan Haqları rəsmisi Ludmila Lubina etdiyi açıqlamada Kerç boğazında Rus döyüş gəmilərinin müdaxilə etdiyi Ukrayna döyüş gəmilərinin həbs olunan hərbi personalının vəziyyəti haqqında məlumat verib.
Əsgərlərin Moskvadakı bir həbsxanaya göndərildiyini bildirən Lubina, "Bütün Ukrayna dəniz hərbçiləri Moskvaya göndərilib. Simferopolda həbsxanada bir Ukrayna əsgəri belə qalmadı", - deyib.
Lubina həmçinin Moskva və Krımdan xüsusi istintaq qrupunun da yaradıldığını bəyan edib.
 
Hadisə
 
Qeyd edək ki, Qara dənizdə Kerç boğazı yaxınlığında Rus döyüş gəmiləri Ukrayna döyüş gəmilərinə su sərhədlərini pozması iddiasıyla silahlı müdaxilə etmiş, Ukrayna Dəniz Qüvvələrinə məxsus 3 gəminin 24 nəfərlik heyətini həbs etmişdi.
Krımdakı Rus məhkəməsi 24 Ukrayna hərbçisi barəsində 2 ay müddətinə həbs qərarı verib.
Ukrayna əsgərləri haqqında bu ittiham səbəbi ilə 6 ilə qədər həbs cəzası tələb edilir.

Müxalifət.az