Ərdoğanın baş müşavirindən “Öcalan” xəbərdarlığı - "Eyni terrorçu amerikalı generallarla vertolyot səfəri edib..."

Baxış sayı:
9574

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri İlnur Çevik, “Yenibirlik” qəzetindəki yazısında ABŞ və PKK əlaqələrindən yazıb.
 
Çevik bunları yazıb:
“İŞİD-ı Şimali Suriyadan atmaq üçün PKK/YPG/PYD ilə əməkdaşlıq edib, onları silahlandıran, onlara təlim verən və maddi-texniki dəstək verən Amerika, İŞİD Rakka şəhərini tam tərk etmişkən, bir də görürsən ki, İŞİD-a yardım əlini uzadıb, onları əmin yerlərə nəql edir.
Daha sonra İŞİD bitdi, amma İran təhlükəsi var və buna Suriyada PKK/YPG/PYD ilə sinə gərəcəyik, - deyən ABŞ, daha sonra fikrini dəyişir və İranlıları "hələlik" unudur.
 
Suriyada qalmanın bəhanəsi.
 
Ona qarşılıq ABŞ, İŞİD-ı yenidən dirildib, PKK/YPG/PYD əlindəki bəzi bölgələrin İŞİD tərəfindən işğal edilməsinə göz yumub, "Baxın daha İŞİD təhlükəsi yox olmadı" deyərək Suriyada qalmağa davam etməsinin bəhanəsini hazırlayır. İŞİD bu bölgələri ələ keçirərkən PKK/YPG/PYD üçün verdiyi ağır silahlar nə üçün istifadə olunmadı? Rakkanı yerlə bir edən ABŞ-ın o nəhəng hava gücü harada idi bu bölgələr İŞİD tərəfindən zəbt edilərkən?
 
"Amma onlar SDG-li" deyərək bizimlə məzələndiklərini güman edirlər”
 
Ziddiyyətlər, yalanlar və pəncərəsiz, qulpsuz iddialar. Eyni ilə Səudiyyənin Qaşıqçı hadisəsinin əvvəlindəki rəftarları kimidir, amma iş burada da bitmir. Amerikalılar PKK/YPG/PYD üçlüyünü "terror" iyi gəldiyi üçün bunlardan qurduqları terrorçu ordusuna Suriya Demokratik Qüvvələri (SDG) deyərək ağıllarınca bizləri yatırtmağa çalışırlar. Amerikalı generallar hələ də bu SDG-lilərlə səmimidir. PKK ABŞ-ın terror siyahısındadır. ABŞ hərbi rəsmiləri PKK-lılarla qol qola girib, "amma onlar SDG-lidir" deyərək bizlərin zəkaları ilə məzələndiklərini güman edirlər.
 
“Öcalan SDG lideridir, desələr təəccüblənməyin”
 
Türkiyə Fəratın şərqində Şimali Suriyada Kobani bölgəsinə yaxın PKK/YPG/PYD mövqelərini toplarla vurur, ABŞ-da bunun qarşılığında Türkiyədə Dağlıca və Aktütün terror hücumlarının günahkarı olan PKK-lı Azad Simi (kod adı Çiya Kobani) Suriya-İraq həmsərhəd yaxınlığındakı Deyrizor bölgəsində keçiriləcək əməliyyatlarda PKK "komandiri" vəzifəsinə gətirir. Bu terrorçu apreldə ABŞ Mərkəzi Qüvvələr Komandanı general Cozef Votel ilə görüşdü və şəkilləri dərc olunub. Eyni terrorçu amerikalı generallarla vertolyot səfəri edib və bunun da şəkilləri dərc olunub. Amerikalılara soruşsanız, bu adamı SDG komandiri kimi qəbul edirlər və PKK ilə əlaqələrindən xəbərləri yoxdur.
Yəni bu yaxında Amerikalılar “Abdullah Öcalan bir SDG lideridir deyərlərsə, qəti təəccüblənməyin.”

Hazırladı: Müxalifət.az