Ərdoğan İlham Əliyevə TƏŞƏKKÜR ETDİ: "Mən qardaşıma “Star” zavoduna görə..."

Baxış sayı:
4084

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Star” neft emalı zavodunun (NEZ) tikintisi ilə əlaqədar olaraq Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
Muxalifet.az publika.az-a istinaden xəbər verir ki, Ərdoğan bu haqda AKP-nin parlamentdə keçirilən iclasında danışıb.
“Mən qardaşıma, Azərbaycan Prezidenti İlham Əliyevə oktyabrın 19-da açılışı olan “Star” neft emalı zavodunun tikintisinə görə təşəkkür edirəm. “Star” NEZ Türkiyə üçün vacib layihədir. Bu, Türkiyədə mühüm enerji layihələrindən biridir. “Star" zavodu ölkənin neft məhsullarına tələbatının 25 faizini təmin edəcək”, - deyə Ərdoğan bildirib.