Quş təyyarəyə çırpıldı: Bakıdan İstanbula gedən təyyarə eniş edə bilmədi

Türkiyə Hava Yollarının 673 nömrəli Mombasa-İstanbul reysinin uçuşu zamanı gözlənilməz hadisə baş verib.
 
Baku.ws xəbər verir ki, Atatürk Havalimanına enən təyyarə havada qəzaya uğrayıb.
Boeing 737-900 təyyarəsinin qadın pilotu qülləyə xəbərdarlıq edib ki, qağayı təyyarəyə çırpılıb. THY pilotu qülləyə bildirib ki, quşun ölüsü eniş zolağında ola bilər.
Bu xəbərdarlıqdan sonra Bakı-İstanbul, Riyad-İstanbul və Kopenhagen-İstanbul reysləri həyata keçirən təyyarələr eniş edə bilməyib.
Hadisə yerli vaxtla saat 10:30-da baş verib. Hadisədən sonra vəziyyəti müəyyənləşdirən qüllə təyyarələrə enişə icazə verib.