Qubada 2 avtomobil toqquşub: ölən var

Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
 
Quba-Xaçmaz avtomobil yolunda minik və yük maşınlarının toqquşması nəticəsində Xaçmaz rayon Müşkür kənd sakini, 1968-ci il təvəllüdlü Əkbər Abdullayev ölüb. 
Mərhumun meyiti Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının morquna aparılıb.
Faktla bağlı araşdırma aparılır.