​Qohumunun evindən 5700 manatlıq oğurluq etdi

Baxış sayı:
6352

Sabirabad rayonunda oğurluq etmiş şəxs tutulub.
Muxalifet.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 28-də Həsənalı kəndindəki evlərin birindən 5700 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən ev sahibinin qohumu Vasif Quliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.