​“Qiymət artımından xəbərim yoxdur” - İqtisadçı-deputatdan biabırçı AÇIQLAMA

Baxış sayı:
10405

Tarif Şurasının qərarı ilə sabahdan etibarən ölkə ərazisində metro və ictimai nəqliyyatda gediş haqqı artırılacaq. Bundan əlavə, Bakıdan rayonlara və əks istiqamətdə gələn avtobuslarda da gediş haqqı yeni tariflə hesablanacaq. Belə ki, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.
 
Muxalifet.az xəbər verir ki, məsələ ilə bağlı Bizimyol.info bir sıra iqtisadçı deputatlara müraciət edib. Mövzu ilə bağlı danışan Xanhüseyn Kazımlının açıqlaması çox maraqlı olub. Belə ki, Milli Məclisin İqtisadi Siyasət, Sanaye və Sahibkarlıq komitəsinin üzvü olan Xanhüseyn Kazımlı qiymət artımından xəbərsiz olduğunu bildirib:
 
"Mən hazırda Qubadayam. Burdan da kənara gedəcəm. Hətta dünən Tarif Şurasının qiyməti qaldırdığından da xəbərim yoxdur. Məndən heç nə gözləməyin!!!”- Deyə Milli Məclisin deputatı Xanhüseyn Kazımlı bildirib. Milli Məclisin deputatı olan, bilavasitə Məclisin İqtisadi Siyasət, Sanaye və Sahibkarlıq komitəsinin üzvü olan Xanhüseyn Kazımlının məsələdən xəbərsiz olması olduqca təəssüf doğurur.