​“Qaşıqçının qətli iyrənc səhvdir, böhran içərisindəyik” - Səudiyyəli nazir

Baxış sayı:
4228

Səudiyyə Ərəbistanının Enerji, sənaye və mineral ehtiyatlar naziri Xalid əl-Falih ölkəsinin böhran içərisində olduğunu bəyan edib.
Nazir jurnalist Camal Qaşıqçının öldürülməsinin iyrənc durum olduğunu bildirib. 
Paytaxt Ər-Riyadda keçirilən “Çöldəki Davos” kimi tanınan konfransda çıxış edən Falih “Jurnalist Qaşıqçının öldürülməsi əsaslandırıla bilinməyən iyrənc bir səhvdir və Səudiyyə Ərəbistanı böhran içərisindədir” deyib. 
Qeyd edək ki, Qaşıqçı cinayətindən sonra tətbiq edilən bir sıra beynəlxalq boykot qərarları fonunda bu gün start götürən “Gələcəyə İnvestisiya Təşəbbüsü” konfransı üç gün davam edəcək.