​Prezidentin Arxiv İdarəsinə rəis təyin etdiyi şəxs kimdir?

Baxış sayı:
6847

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Əsgər Adil oğlu Rəsulovun Milli Arxiv İdarəsinə rəis təyin edilməsi haqqında sərəncam imzalayıb.
Muxalifet.az xəbər verir ki, 1954-cü il martın 3-də Naxçıvan şəhərində anadan olan Ə.A.Rəsulov dörd il SSRİ Xarici İqtisadi Əlaqələr Komitəsinin xətti ilə Türkiyə Cümhuriyyətində tərcüməçi işləyib. 1980-ci ildən bu günə qədər BDU-də baş laborant, müəllim (1981), baş müəllim (1985), dosent (1987) və professor (2007) kimi elmi-pedaqoji fəaliyyətini davam etdirir.
O, həmçinin 1989-1992-ci illərdə SSRİ-nin Ankaradakı səfirliyində mütərcim-referent vəzifəsində çalışıb. Əsgər Rəsulov 1983-cü ildə “Türk ədəbiyyatında oçerk janrı” mövzusunda filologiya üzrə fəlsəfə doktoru, 2005-ci ildə isə Türk ədəbiyyatında bədii-publisistik janrların yaranması və inkişaf yolları” mövzusunda filologiya üzrə elmlər doktoru dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib.
Əsgər Adil oğlu Rəsulov 2012-ci ilin noyabrında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Milli Arxiv İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.
1980-ci ildən BDU-da çalışır. Filologiya üzrə elmlər doktoru, professordur.