Prezident və nazirin olduğu toplantıya hücum!

Baxış sayı:
9934

 Əfqanıstanın paytaxtı Kabildə Şiə lider Əbdül Əli Mazarinii anma mərasimi zamanı şiddətli bir partlayış baş verib. İclasda keçmiş prezident, müşaviri və xarici işlər naziri də iştirak edib.
 
Anma mərasimində, Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzai, xarici işlər naziri Salahuddin Rəbbani və keçmiş prezident müşaviri Hənif Atmar da olub.
“TOLO News” paytaxt Kabildəki proqramda ən azı 10 partlayışın meydana gəldiyini bildirib.
Əfqanıstan daxili işlər nazirliyinin sözçüsü Nasrat Rəhimi, "Kabilin qərb hissəsində partlayışlar olduğuna dair məruzələr edilib. İstintaq başlayıb" deyib.
Müxalifət.az