PKK-lı "uşağını öldürərəm" təhdidi ilə qadına təcavüz edib

Baxış sayı:
6040

Terror təşkilatı PKK, əxlaqsızlıqda sərhəd tanımır. Keçirilən əməliyyatlarda zərərsizləşdirilən PKK-lı terrorçunun bir qadını "uşaqlarını öldürməklə" təhdid edib, ona təcavüz etdiyi ortaya çıxıb.
 
Separatçı terror təşkilatının içindəki cinsi istismar hadisələri, yaxalanan və ya təşkilatdan qaçan terrorçuların verdiyi ifadələrlə ortalığa çıxarkən, polisin təşkil etdiyi bir əməliyyatda zərərsizləşdirilən PKK-lı terrorçunun bir qadını "uşaqlarını öldürməklə" təhdid edib, onu zorladığı ortaya çıxıb.
Zərərsizləşdirilən PKK-lı terrorçunun, evində yaşadığı insanın həyat yoldaşına təhdidlə təcavüz etdiyi qadının ifadəsində əks olunub.
Bu təcavüzün dəfələrlə təkrarlandığını ifadə edən qadın, terrorçunun evlərində qaldığı müddət ərzində ailəsinin əmin-amanlığının pozulduğunu, əri ilə boşanma həddinə gəldiklərini bildirib.
Terrorçunu evlərində saxladıqları üçün nəzarətə alınan ailə başçılarından ərinin məhkəmədə həbs olunduğu, qadının isə ədliyyə nəzarət şərtilə azad edildiyi öyrənilib.
Müxalifət.az