Paytaxtda daha bir süpürgəçi qadını maşın vurdu – QADIN XƏSTƏXANADA ÖLDÜ

Baxış sayı:
6433

Bakıda süpürgəçini maşın vuraraq öldürüb.
Daxili İşlər Nazirliyinin mətbuat ximdətindən verilən məlumata görə, iyulun 30-da saat 10 radələrində Yasamal rayonunun  Mətbuat prospektində Bakı şəhər sakini Fərhad Vəliyev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolun kənarında təmizlik işləri aparan mənzil kommunal istismar sahəsinin işçisi Telli Babayevanı vurub.
Nəticədə xəstəxanaya yerləşdirilən T.Babayeva orada ölüb.
Yasamal RPİ tərəfindən araşdırma aparılır.