“Ölkədə neft və qaz istehsalından yaranan gəlirlər…” – TƏŞKİLAT RƏHBƏRİ ÇATIŞMAZLIQLARDAN DANIŞDI

Baxış sayı:
5017

 
25 iyul 2018-ci il tarixində Masallı  rayonunun Gənclər mərkəzində  və 26 iyul 2018-ci il tarixində Masallı şəhər S.Tağıyev adına  4 saylı Digah tam orta məktəbində  “Sağlam həyata doğru” EİB  AR  Prezidenti yanında QHT -lərə Dövlət Dəstəyi Şurasının Maliyyə dəstəyi ilə həyata keçirdiyi “Hasilat sənayesində şəffaflıq və heabatlılıq barədə bilik və məlumatların artırılması məqsədilə tədbirlərin keçirilməsi” layihəsinin  həyata keçirilməsinə başlanılmışdır. Masallı rayonunun Gənclər mərkəzində Bələdiyyə üzvləri, təhsil işçiləri, ictimaiyyət nümayəndələri  və rayon sakinləri ilə keçirilən tədbirdə Mədən sənayesi barədə tarixi məlumatlar, hesabatlılıq və şəffaflıq barədə geniş məlumatlar olan  maarifləndirici bukletlər  iştitrakçılra paylanmış və bu sahədə geniş müzakirə təşkil olunmuşdur.
Tədbiri giriş sözü ilə Masallı rayon təhsil şöbəsinin nümayəndəsi Əyyar Burhamov açmış, qonaqları salamlayaraq mövzu ətrafında qısa məlumat vermişdir. Sonra mövzu barəsində danışmaq üçün sözü “Sağlam həyata doğru” EİB  nin sədri, kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənova vermişdir.
S.Həsənov çıxış edərək qeyd etmişdir ki, mədən sənayesindən gələn gəlirlər Azərbaycan iqtisadiyyatının əsasını təşkil edir. Neft və qaz istehsalının intensiv inkişafı, bu sektordan gələn gəlirlərin ölkə iqtisadiyyatının müxtəlif sahələrinə yönəldilməsi, dövlət büdcəsinə transferlər, sosial və infrastrüktur layihələrinin həyata keçirilməsi Azərbaycan Dövlət Neft fonduna toplanan vəsaitlərin hesabına həyata keçirilir.
Azərbaycan Konstitusiyasının Təbii ehtiyatlar üzrə 14-cü maddəsində  ölkənin təbii sərvətlərinin Azərbaycan Respublikasına və onun xalqına mənsub olunması birbaşa qeyd olunmuşdur. Layihə bu istiqamətdə Azərbaycanda Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsləri(HSŞT), o cümlədən şəffaflıq və hesabatlılıq  barədə bilik və məlumatların artırılması. Ölkədə neft və qaz istehsalından yaranan gəlirlər barədə Neft fondunun saytı vasitəsilə hər il illik hesabatlar təqdim olunur, lakin bu sahədə çatışmazlıqlar çoxdur və biz bu layihə vasitəsilə insanları maarifləndirmək, dərc olunan hesabatları onlara çatdırmaq və layihələrin icrası zamanı mənimsəmə və korrupsiya hallarının qarşısını almaq üçün vətəndaş cəmiyyətləri və vətəndaşlarımızı məlumatlı və aktiv olmaları üçün onların məlumat bazasını artırmaqla  ölkənin inkişafına dəstək olmalarına  və nəticədə daxil olan gəlirlər hesabın ölkədə digər sahələrin inkişafına stimul yaratmaqdır.
Məruzəçi qeyd etdi ki, Azərbaycanda fəaliyyət göstərən transmilli beynəlxalq şirkətlər və bu sektorla əlaqəli bütün şirkətlər o cümlədən SOCAR hər il öz hesabatını açıqlayır və bu barədə NF-nun vebsəhifəsində yerləşdirilir. Lakin bu hesabatları çox az adam oxuyur və mədən sənayesində aparılan işlər barədə əhalinin geniş tərkibi məlumatsız olurlar. Bizim məqsədimiz vətəndaşlarımızı daha çox məlumat almağa və istənilən mövzu ilə bağlı yaranan sualları birbaşa dövlət orqanlarına çatdırılması barədə məlumatlandırmaq və maarifçilik aparmaqdır. 
Tədbirdə həmçinin Hasilat sənayesində ölkə qanunvericiliyi, şəffaflıq və hesabatlılıq barədə  iştirakçılara məlumat verilərək qanunvericilik bazası  təhlil olundu və qeyd olundu ki, ölkədə bu sektordan gələn gəlirlər və ölkədə bu sahədə digər fəaliyyəti nizamlayan mükəmməl qanunvericilik və normativlər bazası var.
Tədbirdə Masallı şəhər məktəbinin müəllimi Mübariz Rzayev çıxış edərək Masallı rayonunun dahada inkişafı üçün yeni iş yerlərinin açılmasına ehtiyac var. Bunun üçün istehsal müəsisələrinin açılması yaxşı olardı. İskəndərli kənd məktəbinin direktoru Cəsarət Həmidov çıxış edərək həyata keçirilən bu layihənin HSŞA-istiqamətində əhəmiyyətli rolunu qeyd etdi və daxil olan gəlirlərdən sosiial sahələrə diqqət ayrılmasını və Masallı rayonunun ölkə üzrə əhalinin daha sıx məskunlaşdığı və torpaq sahələrinin azlığını nəzərə alaraq daha çox iş yerləri açılması, yeni müəsisələrin yaradılması yaxşı olardı.
Tədbirdə həmçinin Masallı rayon Uşaq şahmat məktəbinin müəllimi Əlifəğa Yaqubov, rayon xəstəxanasının həkimi Elvin Rzazadə və layihə rəhbəri H.Həsənova çıxış edərək müxtəlif təkliflər verdilər.
26.07.2018-ci ildə 4 saylı Masallı şəhər Digah məktəbində keçirilən tədbiri məktəbin direktoru Namiq müəllim Ağayev açaraq mövzunun çox vacib olduğunu və hasilat sənayesi barədə hər birimizə lazım olan və bu barədə çox az olan məlumatlar barədə daha çox məlumat alınması üçün zəruri tədbir olduğunu qeyd etdi. Sonra İB-in sədri Sadiq Həsənov mövzu ətrafında geniş məruzə ilə çıxış etdi və tədbir diskussiya şəraitində davam etdi.Tədbirdə məktəbin müəllimlərindən Azad Vəliyev, Gülnar Həbibbəyli, Rəqsanə Məmmədova və digərləri mövzu barədə öz fikirlərini bildirdilər.
Tədbir HSŞ barədə  geniş müzakirə atmosferində davam etdi.
 


Muxalifet.az