Nazarbayevdən “ İƏT-15” təklifi

Astanada keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) elm və texnologiya üzrə birinci Sammitində Qazaxıstan Prezidenti Nursultan Nazarbayev İslam dövlətləri qrupuna maraqlı təkliflə çıxış edib.
 
Nazarbayev İƏT-ə daxil olan qabaqcıl İslam ölkələrindən ibarət G-20 formatında yeni təşkilat yaratmaq təklifini irəli sürüb.
“İƏT-15 təşkilatının yaranması İslam ölkələrinin Qərblə yaxınlaşmasına kömək edəcək. Bunun üçün müntəzəm forumlar, görüşlər keçirmək lazımdır. Bizim Qərblə əməkdaşlığımız islam ölkələrinin inkişafına töhfə verəcək” – deyə Nursultan Nazarbayev qeyd edib.