​Naməlum şəxs stadionda ÖZÜNÜ PARTLATDI

Baxış sayı:
6355

Belçikanın Liege şəhərinin Verviers bölgəsində naməlum şəxs futbol meydanında özünü partladıb.
Verviers bələdiyyəsinin vəkili Hasan Aydın mediaya açıqlamasında şəxsin kimliyinin hələlik müəyyən edilmədiyini, lakin məhəllədə yaşayan keçmiş hərbiçi olduğu haqda məlumatların olduğunu bildirib.
H. Aydın hadisənin terror aktı kimi qəbul edilmədiyini, hazırda araşdırma apardıqlarını deyib.
Partlayış nəticəsində hadisəni törədən şəxs istisna olmaqla ölən və yaralanan yoxdur./publika.az/