​Mərkəzi Bank faiz dərəcəsini endirdi

Baxış sayı:
6868

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 9.25%-dən 9%-ə endirilməsi barədə qərar qəbul edib. 
Müvafiq qərar ABM-nin rəsmi saytında dərc olunub.
Bildirilir ki, faiz dəhlizinin yuxarı həddi 11%, aşağı həddi isə 7% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən olunub. 
Qərar martın 15-dən qüvvəyə minir.
Faiz dəhlizinin parametrləri barədə növbəti qərar aprelin 26-da açıqlanacaq.