Moskva Gürcüstanın NATO-ya yolunu bağlayıb

Baxış sayı:
2140

Gürcüstan öz ərazi bütövlüyünü bərpası üçün başqa perspektiv görmədiyi üçün NATO üzvlüyü barədə danışıqlar aparılır.
 
Bunu “Gazeta.ru”ya açıqlamasında rusiyalı politoloq Vladimir Jarixin deyib.
“Onlar güman edirlər ki, Gürcüstanın NATO-ya üzvlüyündən sonra alyans Abxaziya və Cənubi Osetiyanı Gürcüstana qaytaracaq. Bu arzular yerinə yetə bilməz. Birincisi NATO bu addıma heç vaxt getməyəcək. Digər tərəfdən isə fikrimcə, bu məsələ olduqca Gürcüstan NATO-ya qəbul edilməyəcək. ABŞ-la imzalanan ikitərəfli razılaşmadan başqa Tiflisin nə isə əldə edəcəyi real görünmür. Bütün bunlar 2008-ci ildə Rusiyanın atdığı addımın doğru olduğunu göstərir” – deyə o bildirib.