​"Mançester Yunayted"in hücumçusu ilin sonunadək sıradan çıxıb

Baxış sayı:
6766

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Aleksis Sançes zədələnib.
"Report" klubun saytına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Joze Maurinyo 30 yaşlı hücumçunun məşqdə dizaltı vətərindən xəsarət aldığını bildirib. Çilili oyunçu ilin sonuna qədər heç bir qarşılaşmada iştirak edə bilməyəcək.  
Qeyd edək ki, Aleksis Sançes bu ilin yanvarından "Mançester Yunayted"də çıxış edir.