​Macarıstandan Corc Soros əleyhinə qətnamə

Baxış sayı:
4438

Macarıstan parlamenti amerikalı milyarder Cors Sorosun miqrantlarla bağlı planına qarşı qətnamə layihəsini dəstəkləyib.
Muxalifet.az xəbər verir ki, ölkənin iqtidar partiyası olan “Fidesz” tərəfindən parlamentə təqdim edilən qətnamənin lehinə 142, əleyhinə isə 3 səs verilib.
Həmçinin qətnamədə Avropa Birliyindən Macarıstanın suverenliyinə hörmət edilməsi tələb edilib:
“Miqrantların zorla kütləvi şəkildə qovulması Avropa dəyərlərinə və gələcəyinə qarşısıalınmaz dərəcədə mənfi təsir edər”.