Lerikdə zəlzələ baş verib
10-09-2017 10:08
Zəlzələ 3 bala qədər hiss olunub
Azərbaycanın Lerik rayonu ərazisində zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, ilkin məlumatlara əsasən, yeraltı təkanlar yerli vaxtla saat 06:32-də Lənkərandan 20 km qərbdə Lerik rayonu ərazisində qeydə alınıb.
Zəlzələ 3 bala qədər hiss olunub.
Dağıntı və tələfat barədə məlumat yoxdur.