​Lavrovdan Trampın Putinlə görüşü ləğv etməsinə - Reaksiya

Baxış sayı:
7198

Rusiya Xarici İşlər naziri Sergey Lavrov ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putinin görüşünün ləğvinə münasibət bildirib. Muxalifet.az xəbər verir ki, Lavrov Tvitter hesabında bu sözləri yazıb: "Bunun bir sıra mühüm qlobal problemin həllini təmin edəcək bir addım olduğuna şübhəm var. Əlbəttə, məcburi gözəllik olmaz. Əgər ABŞ-dakı daxili vəziyyət və Ukrayna ilə məsələ ABŞ prezidentinə təzyiq yaradırsa, o halda yeni bir vəsiləni gözləyəcəyik".