Külək hansı əraziləri işıqsız qoyub?

Baxış sayı:
21517

Hazırda Bakıda və Abşeron yarımadasında enerji təchizatı normaldır. Hava şəraiti ilə əlaqədar elektrik enerjisinin verilməsində ciddi problem yaranmayıb. Bu sözləri Azərişıq ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev deyib. ASC sözçüsü bildirib ki, əhalinin təhlükəsizliyi üçün əvvəlcədən zəruri önləyici tədbirlər görülüb: "Küləklə əlaqədar hər hansısa ərazidə kəsinti qeydə alınmayıb və bu barədə müraciət daxil olmayıb. Sadəcə olaraq təhlükəsizlik məqsədilə bəzi ərazilərdə elektrik enerjisinin verilişinə 10-15 dəqiqəlik qısa fasilələr yaranıb. Haradasa enerjinin verilişində problem yaranarsa, vətəndaşlardan xahiş olunur ki, bu barədə bizə məlumat versinlər. "199" nömrəli məlumat nömrələrimiz daim fəaliyyətdədir".