Kremldən açıqlama: PUTİN GÖRÜŞƏ HAZIRDIR

Baxış sayı:
5380

ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Putin ilə keçirəcəyi görüşü ləğv etməsiylə əlaqədar olaraq açıqlama verən Kremlin sözçüsü Peskov, "Bütün olanlara baxmayaraq yenə də Putin, Tramp ilə görüşməyə hazırdır" deyib.
 
Kremlin sözçüsü Dimitri Peskov, ABŞ tərəfinin G-20 sammitində reallaşması planlaşdırılan görüşü tək tərəfli olaraq ləğv etməsindən sonra "Kremlin, ABŞ tərəfinin Buenos Ayresdəki iki dövlət başçısının planlaşdırılan görüşünü ləğv etmə qərarını kədərlə qarşılayır. Ancaq yenə də Putin, ABŞ-lı həmkarı ilə görüşməyə hazırdır” deyə bildirib.
Peskov ayrıca yığıncağın ləğv olunmasının mənfi bir prosesə səbəb olduğunu söyləyərək, "Bu görüşün ləğvi gündəmdəki beynəlxalq və Rusiya-ABŞ arasındakı məsələlərin müddətsiz olaraq təxirə salındığı mənasını verir" deyib.
 
Tramp ləğv etmişdi
 
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp, Ukrayna ilə Rusiya arasında yaşanan Kerç boğazı böhranından sonra Twitter hesabından Putin ilə görüşünün ləğv oluna biləcəyini söyləmişdi. Bütün dünyanın maraqla gözlədiyi bu görüş Trampun geri çəkilməsi ilə ləğv olunmuşdu.
Müxalifət.az