Konqresdə Tillersondan tələb: Türkiyəyə nota verin

ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi, Dövlət katibi Reks Tillersondan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizəçilərinə nota verilməsini istəyib.
 
Komitə BMT Baş Assambleyasının 72-ci sessiyasına qatılmaq üçün 19 sentyabrda Nyu Yorka getməsi gözlənilən Ərdoğanın mühafizəçilərinə nota verilməsini, onların yeni bir şiddət olayına qarışmaması üçün diplomatik addımların atılmasını tələb edib.
Rəsmilər ölkəyə girən hər kəsin ABŞ qanunları çərçivəsində hərəkət etməli olduğunu vurğulayıb.
Qeyd edək ki, Ərdoğan ABŞ-da səfərdə olan zaman Türkiyə konsulluğunun ətrafında toplaşan bir qrup PKK tərəfdarları prezident və hökumət əleyhinə şüarlar səsləndiriblər. Bu zaman Ərdoğan tərəfdarları ilə onlar arasında qarşıdurma yaşanıb. Olaya türk liderin mühafizəçiləri də müdaxilə edib.