​Köçəryan həbsxanada memuar yazacaq

Baxış sayı:
5644

Ermənistanın həbsdə olan sabiq prezidenti Robert Köçəryan özünü yaxşı hiss edir və hər gün idmanla məşğul olur.
"RİA Novosti" xəbər verir ki, bu barədə məlumatı Köçəryanın ofisinin rəhbəri Viktor Soqomonyan verib.
"Prezident Köçəryan özünü yaxşı hiss edir. O, gündəlik idman məşqlərini davam etdirir. Yaxşı, necə deyərlər, döyüş əhval-ruhiyyəsindədir", - deyə Soqomonyan bildirib.
Onun sözlərinə görə, başqa işlərlə yanaşı, Köçəryan avtobioqrafik kitab üzərində işini  davam etdirməyi planlaşdırır.
Xatırladaq ki, iyulun 27-də Yerevanın birinci instansiya məhkəməsi 2008-ci ildə konstitusiya quruluşunun devirilməsində ittiham edilən ölkənin keçmiş prezidenti R.Köçəryanla bağlı Ermənistan Xüsusi İstintaq Xidmətinin xahişini təmin edərək, barəsində iki aylıq həbs qərarı verib.