Keçmiş məhkum 2 nəfəri bıçaqladı - ŞİRVANDA

Şirvan şəhərində bıçaqlanma hadisəsi baş verib.
 
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, avqustun 31-də Şirvan şəhərinin Xəqani küçəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Məcid Güləliyev münaqişə zəminində həmyerliləri Nizami Zeynalovun qol və sifət nahiyələrinə, Elxan Süleymanovun isə sağrı nahiyəsinə bıçaqla xəsarət yetirib.
Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə M.Güləliyev tutulub.