İzmirdə həbsxana avtobusunu partlatdılar — FOTO

İzmirdə həbsxananın servis avtobusuna bomba ilə hücum ediblər.
 
Buca rayonunda həbsxananın işçilərini daşıyan avtobus hərəkət edərkən yolun kənarındakı zibil qabına yerləşdirilən bomba partlayıb. Nəticədə 8 nəfər xəsarət alıb.
Hadisə səhər saatlarında baş verib. Ahmet Piriştina bulvarında bir zibil qabına yerləşdirilən boma avtobus keçən sırada işə düşüb. 8 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır. Partlayışın dalğasından ətrafdakı binaların şüşəsi qırılıb. Hadisə yerinə polis və təcili yardım briqadası cəlb edilib. Yaralılar xəstəxanalara çatdırılıb.
Yaralılardan birinin ayağı qopub və vəziyyəti ağırdır. Polis istintaqa başlayıb.