​İsveç hökuməti "erməni soyqırımı"nı tanımır - Baş nazir

Baxış sayı:
8185

İsveçin Baş naziri Stefan Löfven rəhbərlik etdiyi hökumətin qondarma “erməni soyqırımı”nı tanımaqla bağlı planının olmadığını deyib.
Muxalifet.az xəbər verir ki, jurnalistlərin “Yəni, baş verən hadisələri sizin hökumətiniz tanımayacaqmı?” sualına baş nazir “Hökumətin belə bir planı yoxdur, baş verənləri tarixdən öyrənməliyik”, - deyə cavab verib.
Stefan Löfven 2014-cü ildə bu məsələ ilə bağlı hökuməti ciddi addımlar atmağa vadar edəcəyini bildirmişdi, lakin Baş nazir seçiləndən sonra o, yanaşmasını dəyişdi.
“Mən dediyimi etdim, araşdırma aparıldı və nəticələr baş verən hadisələrin çox mürəkkəb olduğunu göstərdi. Soyqırımını parlament səviyyəsində və hökumət səviyyəsində tanımaq başqa-başqa şeylərdir”, - deyə o bildirib.