İrəvanda etiraz aksiyası: "Bura yaşanılası ölkə deyil" (VİDEO)

Ermənistanda hökümət binasının qarşısına toplaşan "Nairit" zavodunun keçmiş işçiləri yenidən etiraz aksiyası keçirir.
 
Erməni KİV-lərin verdiyi xəbərə görə, onlar hakimiyyətin laqeydliyindən şikayətçidirlər.
Aksiya iştirakçıları: "Artıq üç ildir ki, mübarizə aparırıq, lakin bir nəticə əldə edə bilməmişik. Bir xalq sözü var: Divardan asılan silah bir gün atəş açar. Doğru deyirlər, Ermənistan yaşanılası ölkə deyil, bura ölüm yeridir"
Etirazçılar bildiriblər ki, zavodda yanğın təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verib./azvision