​İrəvan Türkiyə ilə əlaqələr qurmağa can atır, amma "şərtsiz"

Baxış sayı:
2446

Türkiyə ilə münasibətlərin nizama salınması lazımdır.
Bu açıqlama ilə Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov çıxış edib.
"Türkiyə addım atmalıdır. Ermənistan və Türkiyə arasındakı münasibətlər heç bir şərt olmadan həll olunmalıdır. Şərtlər bizim üçün qəbuledilməzdir", - Şarmazanov söyləyib.
Qeyd edək ki, 2009-cu il oktyabrın 10-da Sürixdə Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbəndyan diplomatik münasibətlərin yaxşılaşdırılmasına dair protokolları imzalamışdı. Ermənistan prezidenti Serj Sərkisyan imzalanan protokolları bir müddət öncə ləğv etdi./axar/