​İbrahim Tatlısəsin oğlu atasını hədələdi – “Aləmi dağıdaram!”

Baxış sayı:
6241

Müğənni İdo Tatlısəs valideynlərinin yenidən evlənməsinə sərt reaksiya verdi.
Kulis.azın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, anası Dərya Tunanın ad günü münasibəti ilə bir süfrə arxasına əyləşən valideynləri barədə verilən sualları cavablandıran İdo bunları deyib:
“Ad gününü qeyd edib, yemək yeyiblər. Biri anam, o biri atamdır. Onların bir yerdə olması xoşuma gəlir. Ancaq təkrar evlənmələri artıq mümkün deyil. Hər şeyin yaşı və vaxtı var. Əgər onlar təkrar evlənərsə, aləmi dağıdaram!”