Hindistan da ABŞ-a qarşı çıxdı

Baxış sayı:
3325

Hindistan, ABŞ tərəfinə sanksiya təhdidləri və etirazlarına baxmayaraq Rusiyadan S-400 Triumf raket əleyhinə müdafiə sistemi satın alma qərarından imtina etməyəcəyini bildirib.
 
Yen Dehli mərkəzli “NDTV” saytının hökumət mənbələrinə əsaslandırdığı xəbərində 6 sentyabrda ABŞ-Britaniya nazirləri arasında keçiriləcək görüşdə Hindistan tərəfinin ABŞ tərəfinə S-400-ü satın almaqdan imtina etməyəcəyini çatdıracağı qeyd edilib.
 
ANLAŞMANI DAHA DA İNKİŞAF ETDİRMƏK İSTƏYİRİK
 
Üst səviyyə bir Hindistan mənbəyi “Rusiya ilə S-400 sazişini demək olar ki, başa çatdırdıq, daha da irəliləmək istəyirik. ABŞ tərəfinə bu məsələdəki mövqeyimizi çatdırmağı planlayırıq” deyib.
Xəbərə görə, Yeni Dehli, S-400-lərin regional şərtlər səbəbi ilə Hindistana lazım olduğuni bəyan etməklə Vaşinqtonun sanksiyalarını əngəlləmək istəyir.
Müxalifət.az