Həbsxanaya saatin içində heroin keçirmək istədi: TUTULDU

Saatın içərisində xüsusi üsulla gizlədilən sellofan bükülüdən çəkisi 0.525 qram olan narkotik maddə - heroin aşkar edilərək götürülüb
 
Ədliyyə Nazirliyi Penitensiar xidmətin Baş idarəsinin və 6 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 7 il müddətinə azadlıqdan məhrum edilən məhkum İsmayılov Nicat Fərhad oğlunun yanına qısamüddətli görüşə gəlmiş yeznəsi, Bakı şəhər sakini Qasımov Ramin Cümşidoviçin üzərinə baxış keçirilən zaman qolundakı saatın içərisində xüsusi üsulla gizlədilən sellofan bükülüdən çəkisi 0.525 qram olan narkotik maddə - heroin aşkar edilərək götürülüb./report