Həbsxanadan 113 məhkum qaçdı

Baxış sayı:
5710

İndoneziya əyalətində 113 məhkumun həbsxanadan qaçdığı bildirilib.
 
“Kompas” qəzetinin verdiyi məlumata görə, əyalətin paytaxtı Bandə Açe-də olan həbsxanada tutulan 726 məhbusdan keçən gecə yaranan qarşıdurmadan istifadə edərək 113 məhkum qaçıb.
Hadisədən sonra fərqli məkanlarda 20 qaçaq məhbus tutularaq həbsxanaya göndərilib. Digər məhkumların axtarışı isə davam edir.
Qarışıqlığın səbəbi açıqlanmasa da, hadisə ilə əlaqədar istintaq başladıldığı bildirilib.
Müxalifət.az