Gürcüstanda koronavirusa 33-cü yoluxma təsdiqləndi

Baxış sayı:
3093

Gürcüstanda koronavirusa yoluxma ilə bağlı üç yeni hal təsdiqlənib.

Bu barədə məlumat Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi rəsmi saytda yerləşdirilib.

Bununla qonşu ölkədə koronavirus diaqnozu qoyulan pasiyentlərin sayı 33-ə çatıb.

Qeyd olunub ki, karantində 427, stasionar nəzarətdə isə 73 nəfər saxlanılır./Report