​Gəncədə silahlı insident – BİR NƏFƏR GÜLLƏLƏNDİ

Baxış sayı:
6802

Gəncə şəhərində silahlı insident baş verib. Muxalifet.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, noyabrın 30-da saat 1 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini Arif Həsənov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Elmar Əlizadəyə xəsarət yetirib. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində A.Həsənov saxlanılmışdır. Cinayət törədilərkən istifadə etdiyi “TOZ-16” markalı ov tüfəngi ondan götürülüb. Faktla bağlı araşdırma aparılır.