“Fransadakı olayların arxasında ABŞ dayanır”

Baxış sayı:
6238

Fransada yanacaqdoldurma qiymətlərinin artırılması bəhanəsi ilə "Sarı Jiletlər" adlı hərəkatın başladığı aksiyalarda Fransız polisi ilə nümayişçilər arasında baş verən zorakılığı və hadisələrin arxa planını deşifrə edən professor Ulağlı, prosesə münasibət bildirib.
 
Professor Ulağlı, Fransadakı hadisələrin, ABŞ prezidenti Donald Tramp ilə Fransa prezidenti Emmanuel Makronun görüşündən dərhal sonra başlanmasının düşündürücü olduğuna diqqəti çəkib.
Hazırda Fransada ABŞ siyasətinə qarşı bir üsyankarlıq olduğunu bildirən Ulağlı, prosesi belə şərh edib:
“NATO-ya və ABŞ-a qarşı Aİ nəzdində bir ordu formalaşdırmağı ifadə etməsi, Fransanın ABŞ əleyhinə siyasət apardığının göstəricisidir. Dünya siyasətini dizayn etməyə çalışan hakim ideologiyaların ki, mən bunların başında ABŞ-ın gəldiyini hesab edirəm, Fransadakı aksiyaların də təşviq edilməsində, qızışdırılmasında ABŞ-ın ciddi rol oynadığı qənaətindəyəm. Neft qiymətlərindəki dəyişikliklər bütün dünyaya əks olunur. Ancaq yanacaqdoldurma artırmaları etirazlarının Makronun Tramp ilə görüşündən dərhal sonra başlaması bu ehtimalı düşündürür. Yəni məsələ təkcə benzin artırıldı məsələsi deyil. Amerikanizm ilə Aurosentrizm düşüncələrini müqayisə etdiyimiz zaman İngiltərə onsuz da Amerikanizmə yaxın bir siyasət aparır. Fransada siyasi quruluş daha çox Amerika əleyhinə bir tendensiya şəraitində inkişaf etmişdir. Bu səbəblə ABŞ-ın bu əməliyyatlarda bir qədər Fransanı dizayn etməyə çalışdığını düşünürəm. Bu prosesdə aksiyalar Almaniyaya, İspaniyaya və İtaliyaya da sıçraya bilər".
Müxalifət.az