FIFA Əfqanıstanın qadın futbolçularını zorlayan şəxsləri axtarır

Baxış sayı:
7486

FIFA Əfqanıstan Futbol Federasiyası məmurları tərəfindən ölkənin qadınlardan ibarət futbol yığmasının oyunçularına qarşı seksual qısnama halları ilə bağlı araşdırmaya başlayıb. 
Muxalifet.az xəbər verir ki, bunu federasiyanın qadın futbolu departamentinin sabiq rəisi Xalidə Popal bildirib. 
X. Popal xeyli müddətdir Əfqanıstanda yaşamır. 
O bildirib ki, millinin futbolçuları dəfələrlə fiziki və seksual zorakılığa məruz qalıblar.
Qeyd olunur ki, bu kimi hallar bu ilin fevral ayında Əfqanıstan millisinin İordaniyada təlim-məşq toplanışı zamanı da olub.