​FHN Bakıdakı güclü partlayışla bağlı MƏLUMAT YAYDI

Baxış sayı:
7252

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda kafedə partlayış baş verməsi barədə məlumat yayıb.
FHN-dən verilən məlumatda bildirilir ki, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 25 kv.metr olan (10 kv.metr hissəsi daşdan, qalan hissəsi taxta konstruksiyalardan ibarət) tikilinin (çayxana kimi fəaliyyət göstərir) içərisində propan qaz balonu partlayıb.
Nəticəd, tikilinin yanar konstruksiyaları yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı şəxsiyyəti məlum olmayan 2 nəfərin (qadın və kişi) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.
Daha 2 nəfər (İbrahimov Natiq Zahid oğlu -44 yaş; İbrahimova Şəkər Xosrov qızı -53 yaş) yanğınsöndürənlər hadisə yerinə çatana kimi xəstəxanaya aparılıb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Əlavə məlumat veriləcək.