Ermənistanda hərbçiyə səhv qan köçürdülər - 5 gün sonra öldü

Ermənistanın Vayk şəhərində müqaviləli hərbçi, Cermuk sakini Vahe Markaryan dünyasını dəyişib. Məlumata görə, erməni hərbçi xidmətdən sonra fərdi təsərrüaftla məşğul olarkən traktorun altında qalıb.
 
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, qonşunun azyaşlı uşağı yaxınlıqdakı traktorun sükanı arxasında oturub və onu Vehe istiqamətinə sürüb. Sıxılmış vəziyyətdə qalan Vahenin ayağı zədələnib və bağırsağı partlayıb.
Nəticədə erməni hərbçi çoxlu qan itib. Bir neçə xəstəxanaya aparılan Vahe 5 gün sonra Muratsan klinikasında ölüb.
Vahenin qohumları həkimləri məhkəməyə vermək istəyir. Onlar hərbçinin aldığı zədədən ölmədiyini düşünürlər. Araşdırma zamanı məlum olub ki, Vaheyə Vayk xəstəxanasında yalnış qaç köçürülüb.
"Vayk xəstəxanasında əməliyyat zamanı xatırladılar ki, ona qan köçürmək lazımdır. Həmişəki kimi xəstəxanada qan yox idi. Orada ümumiyyətlə heç nə yox idi. Tibbi ləvazimatları bizdən tələb edirdilər. Vaheyə qanı hərbilər verdilər. Həkimlər qərara gəldilər ki, ikinci qrup olmalıdır. Sonra aydınlaşdı ki, qardaşımın qanı üçüncü qrupdur. Qan köçürülən zaman o, titrəməyə başlayıb. Vayk xəstəxanasında dəfələrlə belə hadisələr baş verib"
Məlumatlara görə, erməni hərbçi ağır vəziyyətdə İrəvana aparılıb. Yolda ürəyi dayandığına görə, onu Muratsan xəstəxanasına çatdırıblar. Orada araşdırma aparıldıqdan sonra yaxınlarına Vaheyə onun qanı ilə uyğun gəlməyən qan köçürüldüyünü bildiriblər.
"Bizə nə Muratsan xəstəxanasında, nə də Vaykda rəsmi sənəd verdilər. Hətta, həkimlərin telefonlarını da vermədilər, qorxurdular. Mən başa düşürəm ki, həkim həkimi atmayacaq, lakin biz, Vahenin zədədən ölmədiyinə əminik, Vahenini ona səhv qan köçürən həkimlər öldürüb. Heç kim bizim qapımızı döymür, demir ki, nə baş verib. Əgər qardaşım cəbhədə ölsəydi, belə olmazdı. İndi isə qardaşımın ölümünü örtbasdır edirlər"- deyə Vahenin bacısı Məryəm Markaryan bildirib.
"Hraparak"ın verdiyi məlumata görə, Vayk Tibb Mərkəzinin direktoru Robert Aslanyan həqiqətən baş verənləri gizlədib. O, xəstəxananın utancverici vəziyyətini şərh etməkdən yayınıb. Xəstəxananın pis vəziyyətdə olduğunu, Vahenin ölüm səbəbini öz həkimlərinin günahından baş verdiyini qəbul etmir. Direktor jurnalistlərin sualına cavab verməyib. Vahe Markaryanın adını eşidəndə isə qısaca məzuniyyətdə olduğunu bildirib və telefonunu bağlayıb.
Xatırladaq ki, erməni hərbçinin oğlu Tərtərin Talış kəndi istiqamətində xidmət edir. Yayılan məlumat Ermənistanın Nüdafiə Nazirliyinin hərbçilərin ölümünü gizlətdiyini, orduda ölən hərbçi ailələrinin əslində hansı şəkildə yaşadığını bir daha ortaya çıxarır.