​Elmar Məmmədyarovla ATƏT-in Minsk qrupu həmsədrlərinin görüşü başlayıb – KRAKOVDA

Baxış sayı:
792

Polşanın Krakov şəhərində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri arasında görüş başlayıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Report"a bildirib ki, görüşdə rusiyalı həmsədr İqor Popov, fransalı diplomat Stefan Viskonti və ABŞ-ın Minsk qrupundakı nümayəndəsi Endryu Şofer iştirak edir.
E.Məmmədyarovla həmsədrlərin danışıqlarına həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də qatılıb. 
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün atılacaq addımlar müzakirə edilir.
Xatırladaq ki, yanvarın 17-də Krakovda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan arasında görüş olub.