​Direktor 9-cu sinif şagirdinin burnunu sındırdı – SAKİNLƏR ŞAGİRDİ MÜBARİZ CƏFƏROVUN ƏLİNDƏN GÜCLƏ ALIB - Video

Baxış sayı:
11386

Cəlilabad rayon Göytəpə şəhər 3 nömrəli tam orta məktəbinin direktoru Mübariz Cəfərov Maşlıq kənd orta məktəbinin 9-cu sinif şagirdini yolun ortasında döyüb.
Bu haqda sakinlər tərəfindən Muxalifet.az-ın redaksiyasına məlumat verilib.
Bildirilir ki, hadisəni kənardan görən insanlar tez şagirdi direktorun əlindən alıblar.
Məlumata görə, döyülən şagirdin atası olmadığından, ailəsi çəkinərək direktordan şikayət etməyib.
Sakinlərin ölkə rəhbərliyinə müraciətini və redaksiyamıza göndərdiyi videonu oxucularımıza təqdim edirik:
“Hörmətli Cənab Prezident, cənab cazir Ramil Usubov və cənab nazir Ceyhun Bayramov!
Cəlilabad rayon Göytəpə şəhər 3 nömrəli məktəbin direktor əvəzi Mübariz Cəfərov Muğan kəndinin 9-cu sinif şagirdinin burnunu yolun ortasında sındırdığı video-görüntünü sizə təqdim edirik. Bu video bir çox detalları ortaya çıxarır.
Belə ki, müəllim adına ləkə gətirən bu vəhşinin içtimai yerdə şagirdi döyərək xəsarət yetirməsinə baxmayaraq, hələ də müəllim işləməsi və  deyilənə görə bu faktı pul qarşılığında gizlədən Göytəpə polis bölməsinin rəisi Əlifağa Kazmovun korrupsiyasıdır. Hər iki vəzifəli şəxsin xalqa qarşı kobudluq edərək, dövlətə inamı sarsıtdığını düşünürük və belə hallar birinci dəfə deyil.
Sizdən xahiş edirik ki, bu məsələni kiməsə tapşıraraq, daha böyük pul qarşılığında həll olunmasına imkan verməyin, bu şəxsləri işindən azad edərək, dövlətimizdə qanunun şah olduğunu göstərin”.

Muxalifet.az

Redaksiyadan: Mövzunu araşdıracağıq. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.