"Deyəsən, dərmanın dozası artıq olub" - SPİKER DEPUTATA

Baxış sayı:
6304

“Dərman vasitələri haqqında” qanun layihəsinin Milli Məclisdə müzakirəsi zamanı layihədəki bəzi sözlər millət vəkillərinin etirazına səbəb olub.

Belə ki, millət vəkili Tahir Kərimli dərmanın təsiri ilə bağlı “effektiv” sözünün, “səmərəli” sözü ilə əvəz edilməsini təklif edib. O, qanunların dilində milli sözlərin istifadəsinin mütləq olduğunu deyib. Millət vəkili bəzi qanun layihələrinin qəbul edilib, prezidentə təqdim edilənə qədər Dil Komisiyasının müzakirəsinə verilməsini də təklif edib.

Millət vəkili Musa Quliyev isə “effektiv” sözünün “səmərəli” sözündən daha doğru ifadə olduğunu deyib.

Millət vəkilləri Hikmət Məmmədov, Əhliman Əmiraslanov müzakirələrdə iştirak edib.

Millət vəkillərinin etirazına spiker münasibət bildirib:

“Əhliman müəllim, dərman qalıb kənarda, keçmişik dili muzakirə etməyə. Deyəsən, dərmanın dozası artıq olub. Komitə iclaslarında bu məsələ müzakirə edilmişdi. Düzdür, dil məsələsi vacibdir. Lakin bu məsələ ilə gələcəkdə məşğul olmaq lazımdır”.