Bu tarixdə Tramp devriləcək və... - Evanqelistlərin hazırladığı QİYAMƏT SSENARİSİ

Baxış sayı:
6924

Vaşinqtonda evanqelistlər Donald Trampı devirməyə hazırlaşır. Dünyanı qiyamətə sürükləməyi planlaşdıran radikal xristian təriqət Oval kabinetə Trampın kabinetindəki təmsilçiləri olan prezidentin köməkçisi Mayk Pensi gətirməyi düşünürlər.

Türkiyə mediası xəbər verir ki, evanqelistlərin bu ssenarisi reallaşarsa, Pens 10 il ABŞ prezidenti vəzifəsini icra edə biləcək.

Donald Trampı Oval kabinetdə əyləşməyə başlayandan sonra radikal xristian təriqəti olan evanqelistlərin Ağ Evdə təsiri gücləndi. Bunun əsas səbəblərindən biri də Trampın köməkçisi Mayk Pensin bu təriqətin üzvü olmasıdır.

İndiyə qədər evanqelistlərin Ağ Evə zaman-zaman gəldikləri və burada dini ayinlər keçirdiyi haqda məlumatlar mediada yayılıb.

Məlumatlara görə, Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanıması və ABŞ səfirliyinin bura köçürülməsində evanqelistlərin rolu böyük olub.

Amerikalı müəlliflər Maykl Dantonio və Peter Eisnerin birgə qələmə aldıqları “Kölgə prezidenti: Mayk Pens haqqındakı gerçək” adlı kitabda evanqelistlərin hədəfinin təkcə Trampın siyasətinə istiqamət vermək olmadığını, əslində Pensin prezident postuna hazırlandığı iddia olunur.

Evanqeslitlərin çevriliş ssenarisi: məlumatlara görə, radikal dini təriqət Donald Trampı prezidentlik müddətinin ikinci yarısında devirmək və yerinə Pensi gətirmək istəyirlər. Tramp Oval kabinetdən uzaqlaşdırılsa, ABŞ konstitusiyasına görə, Pens avtomatik olaraq prezidentin səlahiyyətlərini həyata keçirəcək. Bu, baş tutarsa, Pensin həm də 2020 və 2024-cü illərdə prezidentliyə namizəd olmaq və seçilmək şansı var. Ehtimalara görə, evanqelistlərin çevriliş ssenarisini 2019-cu ilin yanvar ayında tətbiq etməyə başlayacaqlar. Çünki bu tarixdə Trampın prezidentlik müddətinin yarısı başa çatacaq.

Kitabda qeyd olunur ki, Pens hakimiyyətə gələrsə, Trampdan daha betər olacaq. Pensin dünyada qiyamətin başlanğıcı ola biləcək addımlar ata biləcəyi də deyilir.

Kitabda Pensin özünün və evanqelist təriqətinin üzvlərinin “seçilmişlər” olduğunu hesab etdiyi yazılır. Pens çıxış yolunu məqsədlərinə xidmət edən bir liderin “Tanrının köməyi ilə” düşmənlərini məğlub edərək, dünyanı xristianlaşdırmaqda görür.

“Pens prezident olarsa, ABŞ-ın dini dövlət olması da mümkün ola bilər. Pens “onu Tanrının seçdiyini” iddia edir və ABŞ xalqının da evanqelist inancına sitayiş etməsi üçün əlindən gələni etməyə hazırlaşır. Pens həmçinin bildirir ki, Trampın prezident olması “Tanrının istəyidir”, özünün də Oval kabinetdə əyləməsi “Tanrının böyük planı”nın bir hissəsidir”, - deyə kitabda qeyd olunur(publika.az).