​Britaniya ordusunda əsgər çatışmır

Baxış sayı:
7234

Böyük Britaniya ordusu 2012-ci ildən yetərli sayda əsgər yığa bilmir.
Muxalifet.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri dövlət nəzarəti qurumunun hesabatına istinadən məlumat yayıb.
Bildirilir ki, Britaniya ordusunda çatışmazlıq 21-45 faiz təşkil edir.
Oktyabr ayına olan məlumata əsasən, təlimdən keçmiş əsgərlərin sayı 77 mindir. Halbuki tələb olunan say 82,5 mindir.
Qeyd olunur ki, 2012-ci ildə Britaniya ordusu əsgər çağırışı ilə bağlı işi “Capita” şirkətinə həvalə edib. Şirkət 621 milyon dollarlıq müqavilə imzalasa da, işinin öhdəsindən gələ bilməyib.