Birinci xanım ox atdı - FOTO

Qazaxıstana səfəri zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı müşayiət edən həyat yoldaşı Əminə Ərdoğan Astana EXPO 2017 Beynəlxalq Enerji Sərgisində ox atması maraqla qarşılanıb.
 
Türkiyənin birinci xanımı Əminə Ərdoğan oğlu Bilal Ərdoğanla birgə qazax xalqının mədəniyyət və ənənələrinin nümayiş olunduğu sərgiyə qatılıb. Ayrı-ayrı stendləri gəzən birinci xanım oğlunun köməkliyi ilə ox atıb.
Qeyd edək ki, Qazaxıstanın paytaxtı Astanada İslam Əməkdaşlıq Təşkilatının (İƏT) elm və texnologiya üzrə birinci Sammit keçirilir.