Belçikada etirazlar səngimir: polis aksiyanı belə dağıdır

Baxış sayı:
6622

Polis yanacağın qiymətinin artmasından narazı olan “sarı jiletlərin” Brüsselin mərkəzində keçirdiyi etiraz aksiyasını dağıtmaq üçün su şırnaqlarından istifadə edir.
Muxalifet.az xəbər verir ki, noyabrın 30-da günorta saatlarında başlayan icazəsiz etiraz aksiyası Avropa kvartalına keçib. Polis Kral sarayı qarşısındakı parkın çıxışında insan kütləsinin qarşısını kəsib.
Həmçinin “sarı jiletlər” hərəkatının yüzlərlə fəalı Brüsselin mərkəzi küçələrinin birində avtomobil hərəkətini dayandırmağa çalışıb. Sonradan onlar Mərkəzi vağzala doğru irəliləyiblər. Hazırda nümayişçilər bir sıra ölkələrin diplomatik nümayəndəliklərinin yerləşdiyi Rejan və Lua küçələrinin kəsişməsində hərəkəti dayandırıblar.
Lyej vilayətində daha kəskin vəziyyət yaranıb. Buradakı neft bazasının qarşısında etirazlar ara vermədən davam edir.