Başına 1,5 milyon mükafat qoyulmuşdu: Yaxalandı

Baxış sayı:
8644

 Başına 1,5 milyon TL mükafat qoyulan DHKP/C-li terrorçu Xədicə Ruken Qılınc, başqa bir DHKP/C-li terrorçunun etirafları nəticəsində yaxalanıb.
 
Axtarılan terrorçular siyahısında "mavi" kateqoriyada yer alan və İstanbulda yaxalanan terror təşkilatı DHKP/C-nin sözdə yüksək səviyyəli rəhbərlərindən olan Xədicə Ruken Qılıncın xarici əlaqəli başqa bir DHKP/C mənsubu terrorçunun etirafları nəticəsində keçirilən əməliyyat nəticəsində yaxalandığı ortaya çıxıb.
Qeyd edək ki, terror təşkilatı DHKP/C-nin sözdə yüksək səviyyəli rəhbərlərindən olan Xədicə Ruken Qılınc 2015-ci ilin avqust ayında ABŞ-ın İstanbul Konsulluğuna həyata keçirilən silahlı təcavüzün səbəbkarı olaraq "mavi" kateqoriyada axtarılırdı.
 
1,5 MİLYON TL MÜKAFAT QOYULMUŞDU
 
 ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun önündəki polis məntəqəsinə atəş açan təcavüzkarlardan biri yaralı olaraq yaxalanarkən, terror təşkilatı DHKP/C-nin sözdə yüksək səviyyəli rəhbərlərindən olan Qılınc qaçmağı bacarmış və yaxalanması üçün 1,5 milyon TL mükafat qoyulmuşdu.
İstanbul Polisinin 2 fevral 2019 tarixində Ovçular məhəlləsində terror təşkilatının bir özəyinin yerləşdiyi evə təşkil olunan əməliyyat nəticəsində Qılınc yaxalanıb.
Müxalifət.az