​Bakıda mənzildən 73 yaşlı kişi meyiti tapıldı

Baxış sayı:
4525

Bu gün Bakının Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
 
Muxalifet.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib və mənzilin qapısı açılıb. Mənzildən 1945-ci il təvəllüdlü Bağırov Rafiq Yaqub oğlunun meyiti aşkarlanıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.